Ana səhifə

Xoş gəlmisiniz!

Mən, Pərviz Məmmədov Sizi ssenari kurslarıma dəvət edirəm.

Kurslar hər kəs üçün - həm yeni başlayanlar, həm də artıq ssenarist kimi fəaliyyət göstərənlər üçün nəzərdə tutulub.

Kurslar, ssenari üzrə ixtisaslaşmış nüfuzlu universitetlərin tədris metodikasına əsaslanır: bilmək, görmək və tətbiq etmək. Kurs boyu ssenari elementlərini biləcək, həmin elementləri oxuyacağınız ssenarilərdə, baxacağınız filmlərdə görəcək, çalışmalar etməklə və ssenari yazmaqla isə tətbiq edəcəksiz.

Təlimlər həm nəzəri, həm də praktiki yanaşmanı birləşdirərək sizə ssenarinin bütün mərhələlərini addım-addım öyrənmək imkanı yaradır. Xarakterlərin yaradılmasından tutmuş dramatik vəziyyətin qurulmasına qədər hər bir aspektə xüsusi diqqət yetirilir. Bu kurslar sizə yalnız texniki biliklər deyil, həm də hekayəçilikdə öz üslubunuzu tapmağa kömək edəcək.

Mükəmməlçi tipimin olması və öyrətməkdən zövq almağım məni sizin üçün - ssenaristliyi öyrənmək istəyənlər üçün ideal mentora çevirir. Mənim barəmdə daha ətraflı “Haqqımda” bölməsindən oxuya bilərsiniz.

Kurslar haqda isə geniş məlumatı “Kurslar” bölməsindən əldə edə bilərsiniz.

Məlumat mövcüd deyil

İstifadəçi menyusu